Son günlər neftin yenidən bahalaşması səbəbləri açıqlanıb.
Teleqraf.com xəbər verir ki, birinci səbəb ABŞ-da neft ehtiyatlarının bu ilin fevralından bəri ən aşağı səviyyəyə düşməsi, eyni zamanda təxminən 30 ilin ən yüksək səviyyəsində olan ehtiyatların azalmasıdır.
Ötən gün ABŞ Mərkəzi Bankının (FED) uçot dərəcələrini dəyişməz saxlaması da neftin qiymətinə təsir göstərəcək. Uçot dərəcələrinin faizi artırılmadıqda dollar ucuzlaşır, neft isə bahalaşır.
ABŞ-da rəsmi neft ehtiyatlar keçən həftə 6.2 milyon barel azalıb. Halbuki analitiklər ehtiyatların 3.25 milyon barel artmasını gözlənilirdilər.
OPEK-ə üzv dövlətlərin bu həftə Əlcazirdə keçirilməsi planlaşdırılan qeyri-rəsmi toplantısı da neftin qiymətini yüksəldən amillər sırasındadır. Neft hasilatının dondurulmasında rəqib mövqelərdə dayanan Səudiyyə Ərəbistanı və İran nümayəndələrinin Vyanada görüşü də diqqətdən yayınmayıb.
Yeri gəlmişkən, OPEK-in Əlcəzair toplantısına Rusiya da qatılacaq.
Bu yaxınlarda Venesuela prezidenti Nikolas Maduro OPEK üzvlərinin neft hasilatının dondurulması məsələsində razılaşmaya yaxın olduqlarını bəyan eləmişdi.
Bloomberg-in sorğusunda iştirak edən 23 analitikin isə yalnız 2-si OPEK üzvü olan ölkələrin ortaq məxrəcə gələcəyini ehtimal edir.
MAHİR