Dünya bazarında neft qiymətlərinin bahalaşması sentyabr ayında Avrozonada inflyasiyanın son 2 ilin ən yüksək səviyyəsinə çatmasına səbəb olub.
Teleqraf.com xəbər verir ki, Avropanın statistika mərkəzinin (Eurostat) cümə günü yaydığı məlumata görə, Avrozonada yanvar-sentyabr aylarının orta istehlak qiyməti indeksi keçən ilin müvafiq dövrü ilə müqayisədə 0.4 faiz artıb.
Beləliklə, illik inflyasiyada cari artım təqribən son 2 ilin maksimum səviyyəsi sayılır.
Bazar iştirakçıları da 0.4 faizlik illik artım proqnozlaşdırırdılar.
Enerji və qida məhsulları istisna olmaqla hesablanan illik istehlak qiyməti indeksinin baza indeksi isə 0.8 faiz səviyyəsində qalıb. Bu o deməkdir ki, illik inflyasiyada artım enerji və qida məhsullarının qiymətində artımın hesabına baş verib.
İllik istehlak qiyməti indeksi hər ay üzrə 2 dəfə yayımlanır və yekun göstəricinin oktyabr ayının 17-də açıqlanması gözlənilir. Eyni zamanda, Avrozonada işsizlik səviyyəsi avqust ayında gözlənildiyi kimi 10.1 faizdən 10.0 faizə düşməyib.