12 Oktyabr 2016 10:59
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) dərman vasitəsi idxalçıları və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəliklərinə xəbərdarlıq edib.

Teleqraf.com-un məlumatına görə, xəbərdarlıqda bildirilir ki, Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin qiymətləndirilməsi prosesi ilə bağlı keçid dövrü artıq yekunlaşıb.

"Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanunu və Nazirlər Kabinetinin 13 iyul 2007-ci il tarixli 108 nömrəli Qərarı ilə təsdiq olunmuş "Dərman vasitələrinin dövlət qeydiyyatı və reyestrinin aparılması Qaydaları"na əsasən dərman vasitələrinin istifadəsinə aid təlimat Azərbaycan dilində olmalıdır.

Bununla əlaqədar olaraq bildirilir ki, 01.01.2017-ci il tarixindən etibarən istifadə təlimatı Azərbaycan dilində olmayan və Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən təsdiqlənməmiş formada olan dərman vasitələrinin idxalına icazə verilməyəcək.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər