12 Oktyabr 2016 18:37
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) neft və qaz üzrə gəlirləri iki parametrdən - hasilat və qiymətdən asılıdır. Bu iki parametr üzrə göstəricilərdən çıxış etsək, növbəti ildə müəyyən qədər sabit gəlirlilik olacağını demək olar”.

Teleqraf.com-un məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.

O qeyd edib ki, hasilat üzrə müəyyən qədər proqnozlar vermək mümkündür: “Qiymət isə bizdən asılı olmayan parametdir. Növbəti ilin dövlət büdcəsində baza qiymət 40 dollar/barel götürülüb. Hasilatın isə o qədər dəyişmə ehtimalı yoxdur, yəni sabit qalacağı proqnozlaşdırılır. Bu iki paramentrdən çıxş etsək, gələn il müəyyən qədər sabit gəlirlilik olacaq.

Bu ilin əvvəlindən indiyədək neftin orta qiyməti 42-43 dollar/barel olubsa, növbəti ildə də 40 dollar/barel olsa, bu ildən fərqli gəlirlilik olmayacaq”.


Müəllif:

Oxşar xəbərlər