13 Oktyabr 2016 10:58
1 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bal yarmarkasında 300-dən artıq arıçı iştirak edəcək. 150 tondan artıq bal satışa çıxarılacaq”.

Bunu Teleqraf.com-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, bal yarmarkası oktyabrın 15-dən noyabrın 15-dək davam edəcək: “Satışa çıxarılacaq arı məhsullarının anbara təhvil verilmə prosesi yekunlaşıb. Respublika baytarlıq laboratoriyası ballardan analız götürüb və bu günlərdə nəticələr məlum olacaq. Keyfiyyətsiz məhsullar satışa buraxılmayacaq.

Yarmarkanın davam edəcəyi bir ay ərzində təhlükəsizliyin təmin olunması məqsədi ilə arıçılıq məhsullarının müvəqqəti saxlanma anbarında və satış pavilyonlarında quraşdırılmış müşahidə kameraları vasitəsi ilə də nəzarət həyata keçiriləcək”.

Murtuzəli Hacıyev qeyd edib ki, yarmarkada iştirak edən arıçılar sənədləri təqdim ediblər: “Bal yarmarkasına arıxananın baytarlıq-sanitariya pasportu, hansı rayondandırsa baytarlıq idarəsindən verilən baytarlıq şəhadətnaməsi (forma № 2), şəxsiyyət vəsiqəsi, sərgi-satış yarmarkasında satılacaq arıçılıq məhsullarının zona baytarlıq baboratoriyasında müayinəsi barədə ekspertiza rəyi təqdim olunur”.

Nazirlik rəsmisi bildirib ki, ay ərzində Baytarlıq Xidməti gücləndirilmiş rejimdə işləyəcək: “Yarmarkada satılan balların qiymətləri razılaşma əsasında olacaq”.

Qeyd edək ki, bu il bal yarmarkasının təşkil olunduğu ünvan dəyişib. Yarmarka “Amay” ticarət mərkəzində keçiriləcək.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər