13 Oktyabr 2016 17:51
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 28-29-da Bakıda keçiriləcək Dünya Azərbaycanlı İş Adamlarının birinci Forumunda dünyanın 33 ölkəsindən 160-a yaxın iş adamı iştirak edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbirə ən böyük nümayəndə heyəti ilə Rusiya Federasiyasından olan azərbaycanlı iş adamları qatılacaqlar. Bu ölkədən 40 nəfərdən çox nümayəndənin tədbirə dəvət olunması nəzərdə tutulub.

Həmçinin Türkiyədən, Almaniyadan, Ukraynadan, Qazaxıstandan xeyli sayda iş adamının Forumda iştirakı gözənilir.

Forumda kənd təsərrüfatı, konsaltinq, ticarət, informasiya texnologiyaları, nəqliyyat və logistika, neft sənayesi, tekstil, bank sektoru və digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul azərbaycanlı iş adamları iştirak edəcəklər.

Azərbaycan Respublikasından kənd təsərrüfatı, qida sektoru, tikinti və inşaat, neft, informasiya-kommunikasiya texnologiyaları (İKT), tekstil və digər sahələrdə çalışan iş adamlarının da forumda iştirakı gözlənilir.

Forumda ümumilikdə 300 nəfərdən çox nümayəndənin iştirakı planlaşdırılır.

Tədbir Diasporla İş üzrə Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər