Azərbaycan Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin energetika nazirlərinin Vyanada keçiriləcək toplantısına dəvət edilib.
Energetika Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yığıncaqda Azərbaycanın energetika naziri Natiq Əliyev iştirak edəcək.
Oktyabrın 28-31-də keçirilən Vyana toplantısında neft hasilatının azaldılması və ya məhdudlaşdırılması əsas müzakirə mövzusu olacaq.
Dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edib.
Sentyabrın 28-də OPEC-in Əlcəzairdəki qeyri-rəsmi görüşündə neft hasilatının sutkada 32,5-33 milyon barrel aralığında məhdudlaşdırılması ilə bağlı razılığa gəlinmişdi.