24 Oktyabr 2016 18:27
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyi qeyri-neft məhsullarının ixracatçılarına müraciət edib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq qeyri-neft məhsullarının ixracatçıları ixrac təşviqinin əldə edilməsi üçün İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

İxrac təşviqi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli qərarı ilə təsdiq edilmiş "İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı" və "Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar" əsasında ödəniləcək.

İxrac təşviqinin alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qeyd olunan şənədlər təqdim edilməlidir.

Sənədlər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Bakı Biznes Mərkəzi, Neftçilər prospekti 32, Bakı, AZ1000 ünvanı üzrə təqdim olunmalıdır.


Müəllif: