Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Teleqraf.com-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 31-i ilə müqayisədə dəyişməyərək 1,6381 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,04% zəifləyərək 1,7959 manat olub. Rusiyanın milli valyutası rubl oktyabrın 31-i ilə müqayisədə 0,38% ucuzlaşaraq 0,0259 manat səviyyəsinə enib.
Türkiyə lirəsinin məzənnəsi isə 0,42% möhkəmlənərək 0,5288 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0034 manatdır. Beləliklə, funt sterlinq 0,31%-lik artım nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,31% ucuzlaşaraq 0,6840 manat təşkil edib.