Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) baş katibi Məhəmməd Barkindo İranın neft naziri Bican Zəngane ilə görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Görüşdə OPEC-in noyabrın 30-da Avstriyanın paytaxtı Vyanda keçiriləcək iclası ilə bağlı müzakirələr aparılacaq.
OPEC ölkələrinin sentyabrın sonlarında Əlcəzairdə keçirilmiş qeyri-rəsmi görüşündə gündəlik neft hasilatının 32,5-33 mln. barelə məhdudlaşdırılması barədə razılıq əldə olunub. Təşkilatın hər üzvünə düşəcək limit isə hələ razılaşdırılmayıb. Vyana sammitində bununla bağlı yekun qərarın qəbul ediləcəyi gözlənilir.