30 Noyabr 2016 12:55
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünyada və regionda baş verən mürəkkəb iqtisadi proseslər, neftin kəskin şəkildə enməsi Azərbaycan iqtisadiyyatına da mənfi təsir edib”.

Teleqraf.com-un xəbərinə görə, bunu parlament komitələrinin 2017-ci il Azərbaycan dövlət büdcəsi layihəsinin birgə iclasında İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Nazir müavini bildirib ki, xarici şoklar nəticəsinədə manata təzyiq artıb və nəticədə ölkədə devalvasiya baş verib: “Digər valyutalar manat ifadəsində artıb. Belə şəraitdə valyuta ehtiyatlarından səmərəli istifadə, biznes mühitinin yaxşılaşdırlması sahiblarlığın inkişafının artırılmasına ehtiyac yaradır”.

S. Həsənova qeyd edib ki, 2017-ci ilin büdcəsinin proqnozlarına görə makroiqtisadi sabitlik qorunmalı, biznes mühiti daha da yaxşılaşdırılmalıdır: “Gələn ilin büdcəsinədə qeyri-neft sahəsinin daha da inkişafı, mövcud durumda əhalinin həssas qruplarının sosial vəziyyətinin yaxşılaşdırılması prioritet olaraq müəyyən edilib. Neft Fondunun ehtiyatları qorunmalı, habelə iqtisadiyyatın diversifikasiyası və digər tədbirlər nəzərə alınaraq Dünya Bankının ekspertləri cəlb olunub və bir sıra məsələlər nəzərə alınaraq mövcud proqnozlar hazırlanıb”.

S.Həsənova vurğulayıb ki, gələn ilin büdcəsində neftin bir barelə görə qiyməti 40 dollar nəzərdə tutulub: “Hazırda gələn il üçün mövcud proqnoz 50.3 dollardır. Bu da bizim konservativ proqnoz verdiyimizi təsdiq edir. Bank sektorunun sağlamlaşdırılması, səmərəliliyin təmin olunması, insanların banklara olan inamının artırılması, əlavə xarici şokların olmaması növbəti ildə inflyasiyanın bir rəqəmli olması əsas amillərdir. Mövcud risklər, habelə neftin ucuzlaşması nəzərə alınmaqla 2017-ci ildə ÜDM-nin 1 faiz, növbəti illərdə isə 2 faizdən artıq artacağı proqnozlaşdırılıb. 2017-ci ildə Azərbaycan iqtisadiyyatı 1.4 fazi arta bilər ki, bu da bizim verdiyimiz proqnozdan yüksəkdir. Gələn il neft hasilatı aşağı salınacaq. Qeyri-neft sektorunun dəstəklənməsi üçün ölkədə biznes mühitinin inkişafı ilə bağlı ölkə başçısı tərəfindən verilən qərarlar mühüm əhəmiyyət daşıyır. Cari ildə 6 mindən çox iş yerinin yaradılması nəzərdə tutulub. Rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşdırılması məqsədilə dövlət büdcəsindən asılılğın azaldılması istiqamətində tədbirlərə başlanılıb”.

Nazir müavini deyib ki, gələn il qeyri-neft sektorunda 7.4 fazi artım proqnozlaşdırılır: “Kənd təsərrüfatı istehsalçılarına güzəştlər tətbiq olunur ki, bu, kənd təsərrüfatı sahəsində səmərəliliyin artırılmasına imkan yaradır. İpəkçilik, Pambıqıçılığın inkişafı ilə bağlı subsidiylar verilir. Sözügedən sahələr üzrə 13 proqram hazırlanır. Bu sahələr əhalinin məşğulluğunu da artıracaq. Gələn il İKT sektorunda da artım proqnozlaşdırılır. Tikinti sektorunda investisiyaların azalması bu sahədə proqnozların azalacağını göstərir”.

Nemət


Müəllif:

Oxşar xəbərlər