5 Yanvar 2017 10:21
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanvarın 31-də növbəti əmlak hərracı keçirəcək.

Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, həmin gün özəlləşməyə açılan səhmdar cəmiyyətləri və kiçik müəssisələrlə yanaşı ayrı-ayrı icra strukturlarının mülkiyyətində olan 23 avtomobil də satışa çıxarılacaq.

Onların sırsında kənd təsərrüfatında istifadə olunan maşın və texnika da var. Hərraca çıxarılan maşınların ilkin satış qiyməti 512 manatdan başlayır. Siyahıda 1340 manat və 1500 manata satılan maşınlar da yer alıb. Satışa çıxarılan maşınlar 1997-2007-ci illərdə istehsal edilib.

Kənd təsərrüfatı üçün nəzərdə tutulan texnikaların qiyməti də fərqlidir. Onlardan ən ucuzunun ikin satış qiyməti 512 manat, ən bahası isə 30 min-40 min manat arasında dəyişir. Həmin maşınların istehsal tarixləri 2005-2006-cı illərə aiddir.

Hərracda iştirak etmək istəyən fiziki və ya hüquqi şəxslər həmin maşınların ilkin satış qiymətinin 10%-i məbləğində beh ödəməlidirlər.

Maşınlar indi Kənd Təsərrüfatı Nazirliyi “Aqrolizinq” ASC-nin, Dövlət Neft Fondunun, “Azərkredit” QSC-nin və Daxili İşlər Nazirliyinin balansındadır.


Müəllif:

Oxşar xəbərlər