11 Yanvar 2017 17:41
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrük xidmətinin yaradılmasının 25 illik yubileyilə əlaqədar yerlərdə “Gömrük və gənc nəsil” mövzusunda məktəblilərlə görüşlər keçirilir.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, növbəti belə görüş yanvarın 9-da Yevlax şəhərindəki 1 saylı tam orta məktəbdə təşkil olunub.

Tədbirdə Yevlax Gömrük İdarəsinin əməkdaşları Nurlan Nuriyev, Ramil Mədətov və Xətayi Məmmədli iştirak ediblər. Gömrük əməkdaşları məktəblilərə ümummilli lider Heydər Əliyevin gömrük işinin təşkil edilməsi sahəsindəki xidmətlərindən söhbət açıblar. Vurğulanıb ki, məhz dahi öndərin rəhbərliyi altında milli gömrük siyasəti formalaşıb, gömrük sahəsində qanunvericilik bazası yaradılıb, gömrük orqanları müasir avadanlıq və texniki vasitələrlə təchiz olunub, dünya standartlarına cavab verən gömrük sistemi qurulub.

Hazırda isə bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və həyata keçirilən islahatlar nəticəsində Azərbaycan gömrüyü keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub.

Şagirdlərə Azərbaycan Gömrük Xidmətinin quru, hava və dəniz yollarında ölkənin iqtisadi mənafeyini və təhlükəsizliyini qoruduğu, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması hallarına qarşı mübarizə apardığı, dünyanın inkişaf etmiş ölkələrinin gömrük orqanları və aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri barədə də bilgi verilib.

Tədbirin sonunda məktəbin rəhbərliyi bu kimi görüşlərin şagirdlərin dünyagörüşünün genişlənməsində, onların intellektual səviyyəsinin yüksəlməsində mühüm rol oynadığını bildirib və gömrük əməkdaşlarına minnətdarlığını ifadə edib.


İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər