21 Yanvar 2017 17:19
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Rusiyada ipoteka kreditlərinin orta illik faiz dərəcəsi 10%-dən aşağı düşəcək.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin tikinti və mənzil-kommunal təsərrüfatı naziri Mixail Men bildirib.

Onun sözlərinə görə, hazırda Rusiyada ipoteka kreditləri orte hesabla 12,5%-lə təklif olunsa da, bu rəqəm getdikcə azalır: “Əgər iqtisadiyyatda ciddi dəyişiklik olmasa, 2017-ci ildə ipoteka kreditləri bir qədər də ucuzlaşacaq və hətta illik 10%-dən aşağı təklif olunacaq”.

Rusiyalı nazir 10%-lik həddin ölkə vətəndaşları üçün vacib rol oynadığını qeyd edərək bunu “psixoloji hədd” kimi qiymətləndirib.


Müəllif:

Oxşar xəbərlər