22 Fevral 2017 09:13
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin sonunda BP şirkətinin işçilərinin 2 min 817 nəfərini Azərbaycan vətəndaşları təşkil edib.

“BP-Azerbaijan” şirkətindən Teleqraf.com-a verilən məlumata görə, buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 87 faizini yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir. O cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı daxildir. Onlardan 3-ü keçən il vitse-prezident vəzifəsinə təyin olunub.

Şirkətin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilərin isə artıq 100 faizi yerli vətəndaşlardan ibarətdir.

İşçilərin milliləşdirilməsi planına, həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək daxildir.


Müəllif:

Oxşar xəbərlər