24 Fevral 2017 10:34
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərini bahalşdırıb.

Teleqraf.com Fins.az-a istinadla xəbər verir ki, səhər saatlarından banklar 1 dolları 1.7300 manatdan baha alır, 1.8000 manatdan da yüksək satır.

Araşdırmaya əsasən, dünən “Accessbank” dolları 1.7360 manata alıb 1.8280 manata satırdı. İndi isə alış 1.7390, satış isə 1.8250 manata bərabərdir.

“Bank of Baku” da qiymətləri bahalaşdırıb, indi dolları 1.7400 manata alır. Dünən isə bu göstərici 1.7500 manat təşkil edir.

“AtaBank” da ötən gün dolları 1.8150 manata satılırdı. Bu səhər isə bank 1 dolları 1.8200 satır.

“Turanbank”da satışın qiymətini bahalaşdırıb – 1.8100-dan 1.8150 manatadək.

Teleqraf.com-un məlumatına görə, Türkiyədə dolların enişi davam edir. Bu səhər ABŞ valyutası həmin ölkədə 3.57 TL səviyəsindədir. Bu, 5 yanvar 2017-ci ildən bəri ən aşağı hədd kimi xarakterizə olunur.


Müəllif:

Oxşar xəbərlər