25 Mart 2017 23:17
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şənbə günü İtaliyanın paytaxtı Romada keçirilən etiraz aksiyalarından birinin 122 iştirakçısı şəxsiyyətləri müəyyən edilməsi üçün saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə “Rainews24” telekanalı məlumat yayıb.

Böyük Britaniyanın çıxmasından sonra Avropa İttifaqında (Aİ) qalacaq 27 ölkənin lideri qurumun nailiyyətləri, çağırışları və prioritetləri barədə bəyannamə imzalayıblar.

Bəyannamə Aİ-nin əsasını qoyan Roma müqavilələrinin (1957) 60 illiyinə həsr olunmuş Roma sammitinin əsas yekunu olub.

Sammit günü Romada Aİ-nin həm əleyhinə, həm də lehinə altı böyük nümayiş keçirilir. Nümayişlərdə 25 minə qədər insan iştirak edir.

Hazırda bütün nümayişlər dinc xarakter daşıyır, iğtişaşlar barədə məlumat yoxdur.


Müəllif:

Oxşar xəbərlər