Teleqraf. com “APA-Economics”-ə istinad edərək xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. “Hazırda dürüstləşmə aparılır. Amma büdcə tapşırıqları kifayət qədər artıqlama ilə yerinə yetirilib. Ötən ilin 4 ayı ilə müqayisədə bu ilin eyni dövründə idxal əməliyyatlarının məbləğində 430 milyon manat azalmaya, vergidən yayınma faktlarının çox olmasına baxmayaraq biz düzgün siyasətin tətbiqi nəticəsində biz proqnoz tapşırıqlarını yerinə yetirmişik. Dövlət Gömrük Komitəsi vergidən yayınmanın qarşısını almağa çalışır”, - deyə A.Əliyev vurğulayıb.