Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ölkə ərazisinə gətirilən kənd təsərrüfatı məhsulları sərhədkeçmə prosesi zamanı qanunvericiliyə uyğun olaraq tələb olunan sənədlər - mənşə, fitosanitar, baytarlıq sertifikatları və digər zəruri sənədlər ciddi şəkildə yoxlanıldıqdan, lazım olduqda müəyyən laborator analizlər aparıldıqdan sonra gömrük sərhədindən keçirilməsinə icazə verilir.
Qanunvericiliyin tələblərinə uyğun olmayan hal qeydə alındıqda isə dərhal zəruri tədbirlər həyata keçirilir. Üstəlik Nazirlər Kabinetinin 305 saylı qərarında aparılan son dəyişikliklərə əsasən Azərbaycan vətəndaşının şəxsi istifadə üçün bir təqvim ayı ərzində 30 kq ərzaq məhsulunu güzəştli qaydada ölkəyə gətirə bilər ki, bu dəyişiklik də bu sahədə nəzarətin daha da gücləndirilməsinə şərait yaradır və əvvəllər yol verilən sui-istifadə hallarının qarşısını alır.
Dövlət Gömrük Komitəsi bir daha bəyan edir ki, idxal-ixrac əməliyyatları zamanı mövcud qanunvericiliyin tələblərinə ciddi əməl olunur və bu tələblərə cavab verməyən malların gömrük ərazisinə gətirilməsi qeyri-mümkündür.