26 May 2017 23:28
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 25-də 53,98 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,99 dollar/barel azdır.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 25-də 53,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,95 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 25-də 50,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,04 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 25-də 52,56 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,97 dollar/barel azdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər