Teleqraf.com "Xəzər xəbər"ə istinadən xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərə qeydiyyat üçün ASAN Xidmət mərkəzlərinə yaxınlaşmaq kifayətdir.
Qeydiyyat üçün hansısa müddət limiti qoyulmayıb. İstənilən vaxt müraciət etmək mümkündür. Həmçinin, ASAN Xidmət mərkəzlərinə gəlmədən elektron hökumət portalında yerləşdirilən "güzəştli mənzil” sistemində də qeydiyyatdan keçmək mümkündür.
Güzəştli mənzilin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq. Müraciətin müvafiq kateqoriyaya aid olması 5 iş günü ərzində müəyyənləşəcək. Agentlik tərəfindən evlərin satışı elan ediləndən sonra vətəndaşlar mənzil sahibi ola biləcəklər.
Satışın vaxtı isə hələlik bilinmir.