14 İyul 2017 08:18
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

OPEK ölkələri iyun ayında neft hasilatını may ayı ilə müqayisədə sutkada 393,5 min barrel artıraraq 32,611 milyon barrelədək çatdırıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə OPEK-in iyun ayı ilə bağlı hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, neft hasilatı ən çox Liviya, Nigeriya, Anqola, İraq və Səudiyyə Ərəbistanında artıb. Venesuelada isə hasilatın azalması müşahidə olunub.

Belə ki, iyun ayında Liviyada neft hasilatı sutkada 852 min barrel, Nigeriyada 1,733 milyon barrel, Səudiyyə Ərəbistanında 9,95 milyon barrel təşkil edib.

Bununla yanaşı, İran neft hasilatı səviyyəsini sanksiyadan əvvəlki dövrədək artırmaq icazəsi verildikdən sonra iyun ayında hasilatı sutkada 3,79 milyon barrelədək artırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər