Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, iqtisadiyyatda bəzi döngələrin yeni böhrandan xəbər verdiyini deyib.
Laqard keçən həftə ABŞ Mərkəzi Bankı İdarə Heyətinin sədri Canet Yellenin "Bundan sonra yeni bir iqtisadi böhranın olacağı gözlənilmir" sözlərinə münasibət bildirib:
"Sizə uzun ömür və Yellenin sözlərini arzulayıram, yeni böhranın olmayacağı bəhsinə girmirəm".
Laqard maliyyə böhranlarının gözlənilməz anlarda baş verdiyini söyləyib: "Vəzifəmiz maliyyə nazirlərini böhranlara hazır etməkdir. Maliyyə sektoru təhdidlərə qarşı daim oyaq olmalıdır. Belə olarsa, gələn hər hansı böhrana qarşı müqavimət göstərə bilərlər."
Xatırladaq ki, 2000-ci illər ərzində başda neft olmaqla, bütün əmtəə və kənd təsərrüfatı məhsullarının qiymətləri dəfələrlə artıb. Çin və Hindistan kimi əhalisi çox olan ölkələrdə məhsullara olan tələbat və bununla birlikdə qiymətlər yüksəlib. 2008-ci ildə isə qida, qızıl və neft qiymətləri tarixin ən yüksək səviyyəsinə çatmış, ABŞ dollarının dəyəri isə bütün digər pul vahidləri qarşısında dəyərinin itirmişdi.