Teleqraf.com xəbər verir ki, İCE London birjasında “Brent” markalı neft 1,55 dollar artaraq barreli 52,79 dollar olub.
WTI markalı neftin sentyabr fyuçersi isə 1,4 dollar bahalaşaraq barreli 50,27 dollardan satılıb.
Azərbaycan nefti də bahalaşıb.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azəri Layt" markalı xam neftin 1 barrelinin qiyməti isə 1,09 dollar artaraq 53,60 dollar olub.