4 Avqust 2017 10:08
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Astenbeck Capital” fondu fəaliyyətini dayandırıb.

Xəbər görə, bu barədə fondun rəhbəri Endi Holl səhmdarlara ünvanladığı məktubda bildirib.

E.Holl məktubunda qeyd edib ki, bu cür radikal addımın səbəbi ilin ilk yarısında fondun ciddi maliyyə itkiləri ilə üzləşməsidir.

Qeyd edək ki, E.Holl neftin qiymətlərini olduqca dəqiq proqnozlaşdırdığına görə işgüzar dairələrdə “Tanrı” ləqəbini qazanıb.

Cari ilin ilk yarısında “Astenbeck Capital”ln itkiləri 30% artıb.

E.Holl səhmdarlara bildirib ki, yaxın perspetkivdə neftin bahalaşacağını gözləmir. Onun sözlərinə görə, gələn il qiymətlər arta bilər.

Neftin 1 barelinin 100 dollaradək bahalaşacağını proqnozlaşdıraraq bu sektora yatırım etməsi E.Holla məşhurluq qazandırıb. Neftin 30 dollarək ucuzlaşmasından sonra investor hər kəsi əmin edirdi ki, qiymətlər yenidən maksimal həddə qədər qalxacaq. Lakin artıq iyunda E.Holl etiraf edib ki, səhvə yol verib. (APA)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər