1 Sentyabr 2017 19:55
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın aparıcı banklarının analitikləri ardıcıl 4-cü ay neft proqnozlarını aşağı salırlar.

Avqust ayının sonunda aparılan sorğuda iştirak edən 14 investisiya bankının ortaq proqnozuna görə, "Brent" markalı neftin orta qiyməti 2018-ci ildə 54 dollar/barel təşkil edəcək ki, bu da iyul proqnozundan 1 dollar/barel azdır.

"WTI" markalı neft üçün proqnoz isə 2 dollar/barel azaldılaraq 51 dollar/barelə endirilib.

Qeyd edək ki, sorğu ABŞ-ın Meksika körfəzində yaranan "Harvey" qasırğasından öncə aparılıb.

ABŞ-ın "Jefferies" investisiya bankının analitiki Ceyson Qammel (Jason Gammel) hesab edir ki, neft təklifinin növbəti ilin sonuna qədər ciddi azalması gözlənilmir: "Çətin ki, OECD ölkələrinin neft ehtiyatları son 5 ilin orta səviyyəsinə geriləsin".
"Capital Economics"in əmtəə bazarları üzrə analitiki Tomas Pyu (Thomas Pugh) isə düşünür ki, gələn il neftin ucuzlaşacağı ehtimal edilir:

"OPEC+ anlaşması bitəcək, ABŞ-da isə hasilat artmaqda davam edəcək".

\Report\


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər