Dünya birjalarında neftin qiyməti dəyişib.
Teleqraf.com xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində VTİ neftinin qiyməti 1 barelə görə 50,51 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 56,79 dollar olub.