Unibank 25 illik yubileyi münasibəti ilə biznes sahiblərinə xüsusi endirim və hədiyyə paketi təqdim edir. Sahibkarlar dekabrın 5-dən 31-dək Unibankın bir sıra məhsul və xidmətlərindən 25%-lik endirim əldə edəcəklər. 25 günlük kampaniya dövründə Unibankın biznes müştərilərini aşağıdakı güzəştlər gözləyir:
- Unibankda hesab açan biznes sahiblərinə ilin sonuna qədər bütün tariflərə 25% endirim;
- Yeni hesab açan müştərilərə əmək haqqı layihəsi üzrə 25% endirim və əmək haqqı kartları hədiyyə;
- Biznes kartı alan hər kəsə Biznes kartlar üzrə illik xidmət haqqında 25% endirm.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarla həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər.
Unibankın korporativ müştəriləri banka gəlmədən belə, Unibankın məhsul və xidmətlərindən faydalana bilərlər. Biznes sahibləri Unibankın mükəmməl rəqəmsal bankçılıq xidmətlərindən- Unibank Mobile Business (http://onelink.to/um-business) , İnternet Banking və Telegram Bot-dan istifadə etməklə, harada olmaqlarından asılı olamayaraq 24/7 öz bizneslərini idarə edə, bank hesablarına sərəncam verə biləcəklər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://www.unibank.az/az/corporate-clients/) əldə etmək olar.