18 Dekabr 2017 18:24
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 504.234.798 milyon manat sığorta haqqı toplanıb.

Maliyyə Bazarına Nəzarət Palatasından Teleqraf.com-a verilən məlumata görə, həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi 230.880.320 milyon manat təşkil edib.

Cari ilin ilk 11 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45,79 manatı sığorta hadisələrinin ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 48,61 manat olub.

Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 44 milyon 960 min manat artaraq 335 milyon 764 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 13 milyon 688 min manat artaraq 179 milyon 720 min manata yüksəlib.

Cari ilin müvafiq dövrü ərzində sektor üzrə məcmu sığorta haqlarının 67%-i könüllü, 33%-i icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin isə 78 %-i könüllü, 22%-i icbari sığorta növlərinin payına düşüb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər