Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
Teleqraf.com xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar bahalaşaraq 70,52 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,63 dollar artaraq 64,14 dollar təşkil edib.