6 Fevral 2018 21:20
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinə səfər çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayev İpək Yolu Fondunun prezidenti Vanq Yanci ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Ş.Mustafayev Azərbaycan Prezidentinin 2015-ci ildə Çinə dövlət səfəri zamanı imzalanmış “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair sənədi xatırladaraq Azərbaycanın bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, ölkəmiz Çinin “Kəmər və Yol” təşəbbüsünü dəstəkləyir və bu strategiya Transxəzər nəqliyyat dəhlizi ilə üst-üstə düşür.

Nazir bu gün keçirilmiş "Kəmər və Yol" təşəbbüsünün reallaşmasında "Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu" mövzusunda Beynəlxalq Konfransın Transxəzər nəqliyyat dəhlizinin önəminin və üstünlüklərinin təbliği baxımından əhəmiyyətini qeyd edib.

V.Yanci rəhbərlik etdiyi fondun fəaliyyəti barədə məlumat verib, qurumun infrastruktur, enerji və təbii ehtiyatlar, sənaye və maliyyə əməkdaşlığı sahələrinə investisiyalar yatırdığını vurğulayıb. O, Azərbaycana Çinlə əlaqələrin inkişafına və “Kəmər və yol” strategiyasının həyata keçirilməsinə verdiyi dəstəyə görə təşəkkür edib, ölkəmizin vacib tranzit ölkə olduğunu deyib.


Müəllif: Teleqraf.com