"Brent" markalı Şimal dəniz neft qatışığının qiyməti son səkkiz həftə ərzində 63 dollardan aşağı düşüb.
Teleqraf.com xəbər verir ki, bu, keçirilən hərraclardan sonra məlum olub.
Məlumata görə, "Brent"in aprel fyuçerslərinin dəyəri 2,9 faiz azalaraq bir barel üçün 62,93 dollar təşkil edib. WTI markalı yüngül neftin mart fyuçerslərinin qiyməti 3,17 faiz düşərək bir barel üçün 59,21 dollar təşkil edib.