1 Mart 2018 14:02
1 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinə icraçı direktor təyin olunub.

Teleqraf.com xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayevin əmrinə əsasən bu vəzifəyə Orxan Məmmədov təyin olunub.

Qeyd edək ki, Orxan Məmmədov 1984 cü il iyul ayının 1 də Bakıda anadan olub. O, 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib. 2012-ci ildə Azərbaycan İqtisad Universitetində Maliyyə və Kredit üzrə ikinci təhsilini bitirib.

Orxan Məmmədov əmək fəaliyyətinə 2006-cı ildən Sənaye vəEnergetika Nazilriyində başlayıb. 2007-ci ilin mart ayından 2018-ci ilin fevral ayınadək İqtisadiyyat nazirliyində müxtəlif vəzifələrdə çalışıb, məsləhətçidən şöbə müdiri vəzifəsinə yüksəlib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin 2-17-ci il 28 dekabr tarixli fərmanı ilə yaradılıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər