İranın Mərkəzi Bankı ticarət müəssisələrinə ABŞ dollarından istifadə edərək idxal sifarişləri verməyi qadağan edib.
Teleqraf.com xəbər verir ki, Mərkəzi Bankın Sənaye, Mədənçilik və Ticarət Nazirliyinə göndərdiyi məlumatda idxal sifarişlərinin dollar əvəzinə digər valyutalar əsasında aparılmasını tələb edib.
İranın “Mehr” agentliyi isə hesab edir ki, idxalçıların dollar əvəzinə digər xarici valyutalardan istifadəsi valyuta məzənnələrinə tələbatın artmasına səbəb olacaq. Bu addım həm də ABŞ-ın sanksiyalarının yükünü azaltmaq üçün atılıb.
Xatırladaq ki, İranda son dövrlər valyuta məzənnə qiymətində ciddi dəyişikliklər müşahidə edilib. Və buna görə, bir çox məzənnə məntəqələri bağlanıb, onlarla valyuta məntəqəsinin rəhbəri həbs edilib.