Amerikanın idxal mallarına gömrük rüsumu tətbiq etməsi makro iqtisadi təsirlər yaradacaq. Əgər digər ölkələrdə gömrük rüsumu tətbiq etsələr, bunun nəticəsi pis olacaq.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Beynəlxalq Valyuta Fondunun prezidenti Kristina Laqarde deyib.
Fond rəhbəri hesab edir ki, ticarət müharibəsindən heç kim qazanmayacaq:
“Makro iqtisadi təsir sadəcə ABŞ-ın bu tədbirləri səbəbindən deyil, eyni zamanda digər ölkələr də milliləşmə həyata keçirsə, baş verəcək. Məncə, bu zaman ən ciddi təsir görən Kanada, Almaniya və Avropa olacaq”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp alüminium və polad idxalına 25% vergi tətbiq ediləcəyini deyib. Prezident ABŞ-la ticarət əlaqələrində yaxşı davranmayacağı təqdirdə Avropa Birliyinə qarşı “böyük vergi” tətbiq edəcəyini söyləyib. Avropa Birliyinin ticarət əlaqələri zamanı Amerikadan faydalandığını xatırladan Tramp deyib ki, onların istədiklərini etməsələr, bu zaman Avropadan gələn avtomobillərə 25% vergi tətbiq edəcək.