27 Mart 2018 13:51
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ilin II yarısında Azərbaycanda ÜDM-in artım tempi sürətlənəcək.

Bu barədə məlumat “Sberbank Investment Research”in “Bugünkü borc bazarları” icmalında öz əksini tapıb. “Sberbank Investment Research”in analitikləri hesab edir ki, ÜDM-in artım tempinin sürətlənməsi investisiya fəallığı hesabına baş verəcək.

“Sberbank Investment Research”in analitikləri hesab edir ki, 2018-ci ilin ikinci yarısında tikinti sahəsində inkişaf başlayacaq: "Xüsusilə infrastruktur layihələrinə dövlət xərclərinin artması hesabına (2018-ci ilin büdcəsinə uyğun olaraq 50%) baş verəcək. Bu ÜDM-in əlavə artımını dəstəkləməlidir, hansı ki, cari ildə 2 faizə çata bilər”, - deyə icmalda vurğulanıb.

Qeyd edək ki, Azərbaycan hökuməti 2018-ci ildə ÜDM-in artımını 1,5% səviyyəsində proqnozlaşdırır. 2017-ci ildə Azərbaycanda iqtisadi artım 0,1% təşkil edib./APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər