Rabitəbank ASC-nin Audit Komitəsinə yeni sədr təyin edilib.
Bu, Rəşad Abasovdur.
O, yeni vəzifəsində Yasin Əliyevi əvəz edib.
R.Abasov 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında iqtisadiyyat və idarəetmə istiqaməti üzrə fərqlənmə diplomu ilə bakalavr dərəcəsi, 2002-ci ildə isə həmin istiqamət üzrə fərqlənmə diplomu ilə magistr dərəcəsi alıb, 2002-2004-cü illərdə isə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Maliyyə-Kredit fakultəsini bitirib.
O, 2004-cü ildən karyerasını “Rabitəbank”ın Daxili audit Departamentində auditor kimi davam etdirib, 2008-ci ildən indiyə qədər isə həmin Departamentin direktoru vəzifəsində çalışıb./Report/