13 İyun 2018 19:55
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Van və Güney Azərbaycanın Təbriz şəhərləri arasında çəkilmiş dəmir yolu xəttinin istifadəyə veriləcəyi tarix məlum olub.

Teleqraf.com xəbər verir ki, Türkiyənin nəqliyyat naziri Ahmet Arslan xəttin Ramazan bayramından sonra istifadəyə veriləcəyini deyib.

Nazir vaxtilə bu bölgədə istifadəyə verilmiş dəmir yollarından da söz açıb: “Bu bölgədə ilk relslər 1856-cı ildə İzmir və Aydın arasında çəkilib. İlk relslərin çəkilməsindən 162 il keçir”.

Ahmet Arslan bayramdan sonra İran və Türkiyə arasında qatarla yükdaşınmalarının Van – Təbriz xətti üzrə həyata keçiriləcəyini açıqlayıb.

O, 3 ildir bu xətlərdə hərəkətin dayandırıldığını bildirib:
“İlk qatar iyunun 18-də Təbrizdən Vana, səhəri gün isə Vandan Təbrizə hərəkət edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu