30 İyul 2018 01:15
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin ikinci rübündə SOCAR üzrə neft hasilatı 3,6 faiz artaraq 1,9 milyon tona yüksəlib, qaz hasilatı isə 5,29 faiz artaraq 1,66 mlrd. kub metrə çatıb.

SOCAR-dan Teleqraf.com-a verilən məlumata görə, 6 ay ərzində SOCAR üzrə 3,7 milyon ton neft 3,2 mlrd. kub metr qaz hasil olunub.

Ölkə üzrə 2018-ci ilin altı ayı ərzində ümumilikdə 19,38 mln. ton neft, 14,36 mlrd. kub metr qaz hasil edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 1,2%, qaz hasilatında isə 3,1% artım təşkil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər