Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Teeqraf.com "Trend"ə istinadla xəbər verir ki, oktyabrın 15-də qızılın qiyməti oktyabrın 12-i ilə müqayisədə 4,0205 manat artaraq 1 unsiya üçün 2077,6295 manat təşkil edib.
Gümüş 0,0919 manat bahalaşaraq 1 unsiya üçün 24,8843 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 1,9465 manat artaraq 1430,8305 manat, palladiumun qiyməti isə 21,199 manat azalaraq 1822,3235 manat təşkil edib.
Ad |
15.10.18 |
12.10.18 |
|
Qızıl |
XAU |
2077,6295 |
2073,609 |
Gümüş |
XAG |
24,8843 |
24,7924 |
Platin |
XPT |
1430,8305 |
1428,884 |
Palladium |
XPD |
1822,3235 |
1843,5225 |
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.