Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.
Teleqraf.com xəbər verir ki, oktyabrın 18-də qızılın qiyməti oktyabrın 17-i ilə müqayisədə 3,0515 manat artaraq 1 unsiya üçün 2080,46 manat təşkil edib.
Gümüş 0,0394 manat ucuzlaşaraq 1 unsiya üçün 24,8223 manata bərabər olub.
Platinin qiyməti 9,5965 manat azalaraq 1415,4455 manat, palladiumun qiyməti isə 12,563 manat azalaraq 1824,0575 manat təşkil edib.