2018-ci ilin sentyabrında əldə olunan Soçi razılaşmasından sonra ilk dəfə rus qırıcılar İdlib səmasında görünüb.
Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinə istinad edən “Russkaya Vesna” saytı iki SU-34 qırıcısının Hmeymim hava bazasından qalxaraq İdlibin Türkiyə ilə sərhəd bölgələrinə hava zərbələri endirdiyini açıqlayıb.
İddia edilib ki, rus qırıcıların vurduğu hədəflər Əl-Qaida ilə əlaqəsi olan HTŞ mücahidləri olub. Bu əməliyyat zamanı çoxlu sayda mücahidin öldürüldüyü bildirilib.
Anadolu Agentliyinin xəbərinə görə isə hadisə zamanı 4 mülki insan ölüb.