11 Mart 2019 16:33
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 2018-ci ildə Gürcüstan iqtisadiyyatına 240 milyon dollar investisiya yatırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, keçən il gürcü iqtisadiyyatın yatırılan sərmayənin 19.5 faizi Azərbaycanın payına düşüb.

Azərbaycanın başçılıq etdiyi siyahıda ikinci yerdə İngiltərə (203.7 milyon dollar), üçüncü yerdə isə Hollandiya (167.9 milyon dollar) qərarlaşıb.

Məlumata görə, 2018-ci ildə qonşu ölkəyə xarici investisiya axını 48.3 faiz azalıb.


Müəllif: Mənsur Rəğbətoğlu