24 May 2019 09:19
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda kommersiya və ya vergi sirri haqqında məlumatlar Hesablama Palatasına da veriləcək.

Trend-in məlumatına görə, bununla əlaqədar Vergi Məcəlləsinə, eyni zamanda İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi təklif olunur.

Dəyişikliklərdə vergi ödəyiciləri haqqında məlumatın verilə biləcəyi orqanların sayı artırılıb. Təkliflərdə Hesablama Palatasının öz vəzifələrini həyata keçirməsi məqsədilə həmin məlumatların bu quruma da təqdim edilməsi nəzərdə tutulur.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni dəyişikliklərdə isə Hesablama Palatasının öz fəaliyyətini daha da gücləndirməsi üçün aidiyyəti qurumların inzibati məsuliyyəti gücləndirilib və baş verən xətalara görə cərimələr müəyyən edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər