30 May 2019 07:05
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ford" Rusiyada 14,5 mindən çox avtomobili geri çağırıb.

Teleqraf.com-un məlumatına görə, geri çağırılma Rusiyada 2012-ci ilin avqustundan 2018-ci ilin aprelinədək satılmış "Explorer" modelinə şamil olunur.

Məlumatda qeyd olunur ki, qərar arxa təkərlərin nizamlanma rıçaqında aşkar olunan qüsurlarla əlaqədardır.

Bu qüsurun avtomobilin qəza riskinin artmasına səbəb ola biləcəyi deyilir.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər