9 Sentyabr 2014 19:51
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci il aprelin 1-də Trans Anadolu qaz kəmərinin (TANAP) tikintisi çərçivəsində fiziki işlərə başlanacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, yeni qaz kəmərinin tikintisinin təməlqoyma mərasiminin gələn ilin əvvəlində keçiriləcəyi gözlənilir.

Fiziki işlərin başlanması haqqında danışan Abdullayev qeyd edib ki, burada söhbət torpaq işlərinin başlanmasından gedir.

ARDNŞ prezidenti səhmdarların tərkibində mümkün dəyişikliklərlə bağlı suala cavab verərkən bildirib ki, hələlik belə bir dəyişiklik gözlənilmir.

TANAP layihəsi "Şahdəniz" yatağından qazın Türkiyə ərazisi vasitəsilə Avropa ilə sərhədədək çatdırılmasını nəzərdə tutur.


Müəllif:

Oxşar xəbərlər