9 Sentyabr 2014 14:07
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Makedoniya Transadriatik qaz kəməri (TAP) layihəsində tərəfdaş qismində iştiraka maraq göstərir. Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Makedoniya Baş nazirinin müavini Zoran Stravreski bildirib.

Baş nazirin müavini deyib: "Layihə hazır olandan sonra biz tərəfdaş kimi iştirak etmək niyyətimizi ifadə edəcək və müzakirələr aparacağıq".

Onun sözlərinə görə, Azərbaycan və Makedoniya həm siyasi, həm də iqtisadi baxımdan stabil olan dost ölkələrdir: "Ötən il iki ölkə arasında ikiqat vergitutmadan yayınma, investisiyaların təşviqi haqqında iki sazişin imzalanmasına baxmayaraq, Makedoniya və Azərbaycan arasında bu sahələrdə qarşılıqlı əlaqələr aşağı səviyyədədir. Bizim səfərimizdə məqsəd də bu sahələrdə ikitərəfli əlaqələrin inkişafı və iki ölkənin müvafiq strukturlarını bu prosesə öz töhfələrini vermələri üçün stimullaşdırmaqdır".

Onun sözlərinə görə, Makedoniya və Azərbaycan arasında ikitərəfli əlaqələr, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, eləcə də turizm sahəsində inkişaf edə bilər: "Azərbaycan şirkətləri öz biznesini Makedoniyada qurmaqla öz məhsullarını 650 milyon istehlakçısı olan Avropa bazarlarına çıxara bilərlər".

ТАР Azərbaycanın "Şahdəniz" yatağının işlənməsi konsorsiumu tərəfindən qazın Avropa bazalarına nəqli üçün seçilmiş layihədir.


Müəllif:

Oxşar xəbərlər