3 Sentyabr 2019 08:18
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada “Fujitsu” şirkətinin hazırladığı və Kobe şəhərində yerləşən “RIKEN” tədqiqat mərkəzinin sərəncamında olan “K” superkompüterinin fəaliyyətinin dayandırılması ilə bağlı təntənəli mərasim keçirilib.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, kompüterin dayandırılması düyməsi “RIKEN” prezidenti Hirosi Matsumoto tərəfindən basılıb.

2006-cı ildə hazırlanılmasına başlanan “K” superkompüteri 2012-ci ilin sentyabrında işə salınıb. O, 2011-ci ildə bütün oxşar qurğular arasında dünyanın ən sürətli superkompüteri seçilib.

“K Computer” qurğusu “RIKEN” mərkəzində təxminən 700 şkafa (kompüterin mikrosxem, plata və soyutma sisteminin yerləşdiyi korpuslar) quraşdırılıb və “Sparc64” arxitekturalı 705 min prosessor nüvəsinə malik olub. Onun ən yüksək məhsuldarlığı 8,16 petaflops təşkil edib. Dünyanın əksər qabaqcıl sistemlərindən fərqli olaraq “K Computer” klassik arxitekturaya əsaslanıb – qrafik prosessor və ya digər hesablama akseleratorlarından istifadə etməyib.

“K Computer” qurğusunu əvəzləyəcək “Fugaku” superkompüterinin 2021-ci ildə işə salınması planlaşdırılır. Onun fəaliyyəti dayandırılan kompüterdən 100 dəfə sürətli olacağı gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər