7 Fevral 2020 20:08
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının (AFBİA) və yerli investisiya şirkətlərinin rəhbər şəxslərinin iştirakı ilə yığıncaq keçirilib.

Teleqraf.com xəbər verir ki, yığıncağa AMB-də yeni yaradılmış Kapital Bazarına və digər maliyyə vasitəçilərinə nəzarət departamentinin əməkdaşları da qatılıb.

Onlar qiymətli kağızlar bazarındakı problemləri dinləyib, qeydlər götürüblər. Daha sonra investisiya şirkətlərinə tövsiyə olunub ki, müştəriləri olan bankların investisiya qoyduğu AMB-nin notlarından asılılıqlarını azaltsınlar və daha çox real sektora yönəlsinlər.


Müəllif: Teleqraf.com