26 Sentyabr 2014 11:02
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyinin Çağrı Mərkəzinin və həmin nazirliyin Xidmət Mərkəzinin əməkdaşları üçün birgə seminar keçirilib.

Nazirliyin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, peşəkar seminarın keçirilməsində məqsəd Çağrı Mərkəzində, eyni zamanda Xidmət Mərkəzində göstərilən xidmətlərin keyfiyyətinin artırılması sahəsində yeni təkliflər hazırlamaqdır.

Hər qrupda 10 nəfər olmaqla üç qrupa ayrılan iştirakçılara 2 saat ərzində “Çağrı mərkəzində və Xidmət mərkəzində xidmət səviyyəsini necə artırmaq olar?”, “İş prosesinin səmərəliliyini necə artırmaq olar?” “Vergi ödəyicilərinə hansı yeni xidmətləri təqdim etmək olar?” və s. bu kimi suallar üzrə təkliflər hazırlamaq tapşırılıb. Qruplar öz aralarında qrup rəhbərini, müzakirələrin qeydlərini aparacaq və təqdimat edəcək şəxsi (bunlar ayrı-ayrı və ya eyni şəxs ola bilərdi) seçərək qoyulan suallar ətrafında müzakirələr aparıblar. Müzakirələr zamanı qrup üzvləri verilən suallara dair təkliflərini irəli sürüb onların mənfi və müsbət tərəflərini təhlil ediblər. Həmçinin qrup tərəfindən əhəmiyyətli hesab edilən təkliflərin təqdimatı da hazırlanıb.

Təkliflərin hazırlanmasına ayrılan vaxt başa çatdıqdan sonra qrup üzvləri bir yerə toplanıb və seçilmiş nümayəndələr tərəfindən qrupların təkliflərinə dair təqdimat keçirilib. Təqdimatlar zamanı digər qrupların üzvlərinə və seminarın təşkilatçılarına irəli sürülən təkliflərə dair öz fikirlərini bildirmək üçün də imkan yaradılıb. Qrupların təkliflərı sırasında iş prosesinin səmərəliyinin daha da artırılması kimi məqamlar da xüsusi yer alıb.

Üç saatdan çox davam edən təqdimat və müzakirələrin sonunda qrup rəhbərlərinə ümümiləşdirmə aparmaq tapşırıldı və əhəmiyyətli hesab edilən təkliflər üzrə müvafiq şəxslərə tapşırıqlar verilib.

Qeyd edək ki, qrup halında keçirilən seminarlar əhəmiyyətli olmaqla yanaşı birgə işləməyin və öyrənməyin ən səmərəli yoludur. Bu tip seminarların əsas üstün cəhəti iştirakçıların aktivliyini artırmaqdır ki, nəticədə üzvlər fərdi qazandıqları bilik və bacarığın cəmindən daha çoxuna yiyələnir. Bununla da iş prossesində yarana biləcək mövcud problemlərə, onların araşdırılmasına və həllinə yeni yanaşma üsulları formalaşır.

Naibə


Müəllif:

Oxşar xəbərlər